“Azərkosmos” Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları”nda təmsil olunub (FOTO)
Digərləri 28 Mar 2019 14:15:00 152 0
“Azərkosmos” ASC-nin nümayəndə heyəti 26-28 mart 2019-cu il tarixlərində Fransanın Paris şəhərində keçirilən Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları”nda iştirak edib.
Bakı.
“Azərkosmos” ASC-nin nümayəndə heyəti 26-28 mart 2019-cu il tarixlərində Fransanın Paris şəhərində keçirilən Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları”nda iştirak edib.
ASC-dən Trend-ə verilən məlumata görə, “Azərkosmos”un da üzv olduğu Beynəlxalq Astronavtika Federasiyasının bu ilki “Yaz toplantıları”nda “Azərkosmos”un sədri Rəşad Nəbiyev çıxış edərək Azərbaycanın kosmik sahədə rolundan danışıb. Daha sonra Dövlət Turizm Agentliyini təmsil edən Sevda Əliyeva Azərbaycanın mədəniyyət və tarixindən eləcə də, turizm imicindən bəhs edən təqdimatlar nümayiş edib.
Hər il ənənəvi olaraq keçirilən “Yaz toplantıları” Federasiyanın ən önəmli tədbirlərindən biri hesab olunur. Tədbir çərçivəsində Beynəlxalq Astronavtika Federasiyasının və eyni zamanda Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi”nin (CNES) prezidenti Jan-İv Le Qall, vitse-prezidentlərdən ibarət büro və o cümlədən, digər aidiyyatı komitələrin iştirakı ilə silsilə iclaslar keçirilib. Federasiyaya üzv qurumlar arasında astronavtika sahəsində il ərzində görüləcək işlər, qlobal kosmik arenada “yeni kosmik sənaye”nin rolu və bu sahədə olan trendlər mövzusunda geniş müzakirələr keçirilib.
Mənbə: az.trend.az