Sumqayıtda faciəvi şəkildə ölən fəhlə və yaralanan 3 nəfər barədə


Digərləri 28 Mar 2019 13:38:00 320 0

Sumqayıtda faciəvi şəkildə ölən fəhlə və yaralanan 3 nəfər barədə

Sumqayıt Texnologiyalar Parkı martın 22-də metaləritmə zavodunda baş verən hadisə ilə bağlı açıqlama yayıb.

Son.az xəbər verir ki, STP-dən Trend-ə verilən məlumata görə, açıqlamada deyilir ki, poladəritmə zamanı qaynar metal ərintisi təzyiqlə sıçrayaraq qazanın ətrafında olan 4 işçiyə xəsarət yetirib: "Zərərçəkənlərdən biri sıçrama yerinə yaxın olduğu üçün xəsarəti ağır olub və daha sonra martın 26-sında xəstəxanada dünyasını dəyişib. Digər üç nəfərin vəziyyəti normaldır və onlardan biri artıq işə çıxır.

Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları araşdırma aparır. Araşdırma başa çatdıqdan sonra hadisənin səbəbləri barədə dəqiq məlumat veriləcək.