Direktor vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin nəticələri açıqlandı


Digərləri 28 Mar 2019 13:21:44 221 0

Direktor vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin  nəticələri açıqlandı

Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələrini açıqlayıb.

Bakı. İlhamə İsabalayeva - Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələrini açıqlayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, nəticələrə əsasən, 53 nəfər namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Yeni direktorlar aprelin 1-dən öz vəzifələrinin icrasına başlayacaqlar.