Kreditinə güzəşt olunanlar bundan sonra nə etsinlər?


Digərləri 28 Mar 2019 13:12:19 224 0

Kreditinə güzəşt olunanlar bundan sonra nə etsinlər?

Vətəndaşlar məlumat aldıqdan sonrakı kommunikasiya elə qurulacaq ki, onlar birbaşa müştərisi olan banklara müraciət etsinlər.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allaheverdiyev bu gün problemli kreditlərin həlli ilə bağlı yaradılmış portalın təqdimat mərasimində deyib. O qeyd edib ki, hər bir vətəndaşa xidmətdən şəffaf dərəcədə faydalanmaq imkanı veriləcək. Tədbirdə çıxış edən Palatanın Nəzarətin metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov isə qeyd edib ki, hazırda bəzi vətəndaşlarımıza xüsusi bir mesaj gələcək:

"Həmin mesajda qeyd olunacaq ki, restrukturizasiya olunmalı əsas kredit borclarınıza dair məlumatlar hazırda dəqiqləşdirilmə mərhələsindədir. Bu da məhdud sayda vətəndaşlarımıza çatacaq. Çünki keçmişdə olan borcların eyniləşdirilməsi ilə bağlı dəqiqləşdirmə işləri gedir".