Diaspor rəhbəri elmlər doktoru oldu FOTO


Digərləri 28 Mar 2019 12:07:00 230 0

Diaspor rəhbəri elmlər doktoru oldu  FOTO

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov Hüquq elmi üzrə elmlər doktoru dissertasiyasını müdafiə edib.

Son.az Azadinform-a istinadən xəbər verir ki, hüquq elmləri doktoru diplomunu H.Cavadova Ukrayna Milli Elmlər Akademiyasının V.M.Korotskiy adına Dövlət və Hüquq İnstitutunun Elmi Şurasında İnstitutun direktoru, akademik Y.S.Şemşuçenko təqdim edib.

Qeyd edək ki, Hikmət Cavadov 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2004-cü ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. 2007-ci ildə Ukrayna Milli Elmlər Akademiyasının V.M.Korotskiy adına Dövlət və Hüquq İnstitutunun aspirantura şöbəsini bitirərək 2008-ci ildə Hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.  

2004-cü ildən Ukrayna Milli Elmlər Akademiyasının V.M.Korotskiy adına Dövlət və Hüquq İnstitutunda elmi fəaliyyətlə məşğul olan H.Cavadov 2009-2013-cü illərdə kiçik elmi işçi, 2013-2016-cı illərdə həmin institutun doktorantı olub, hazırda elmi işçi vəzifəsində çalışır. Bu müddətdə H.Cavadovun hüquq elmi üzrə 2 monoqrafiyası və 40-dan çox elmi məqaləsi çapdan çıxıb.  


Xəbərə aid fotolar