PA rəsmisi “Diqlas”da zərərçəkənlərə: "Çalışın, sizdən suiistifadə etməsinlər"


Digərləri 28 Mar 2019 12:08:00 218 0

PA rəsmisi “Diqlas”da zərərçəkənlərə: "Çalışın, sizdən suiistifadə etməsinlər"

Bu halı çirkin niyyətlər üçün istifadə edənlərə imkan verilməməlidir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov "Diqlas" Ticarət Mərkəzində baş verən yanğınla bağlı keçirilən görüş zamanı bildirib.

"Bəzən bizə informasiyalar çatır və biz baxırıq. Bizi sevən-sevməyən, daxildə, xaricdə olan qüvvələr var. Çalışın, sizdən sui-istifadə etməsinlər. Bu halı çirkin niyyətlər üçün istifadə edənlərə imkan verməyin. Bu gün komissiya yaradılması barədə müəyyən qərarlar qəbul olunacaq", - Hüseyn Mövsümov qeyd edib.