“Bank Respublika”nın İdarə Heyətinin yeni sədri Tariyel İsmayılov oldu


Digərləri 28 Mar 2019 11:47:00 267 0

“Bank Respublika”nın İdarə Heyətinin yeni sədri Tariyel İsmayılov oldu

Azərbaycanın aparıcı banklarından biri olan “Bank Respublika” ASC-nin Müşahidə Şurasının növbəti yığıncağı keçirilib.

Bakı. Azərbaycanın aparıcı banklarından biri olan “Bank Respublika” ASC-nin Müşahidə Şurasının növbəti yığıncağı keçirilib. Trend-in məlumatına görə, yığıncağda bankın İdarə Heyətinin yeni Sədri vəzifəsinə Tariyel İsmayılovun təyin edilməsi barədə qərar qəbul edilib. Tariyel İsmayılov aprel ayının 2-dən etibarən səlahiyyətlərinin icrasına başlayacaq. “Bank Respublika”nın inkişafında böyük əməyi olan Asəf Namazov, tutduğu vəzifədən öz xahişi əsasında azad edilib və peşəkar fəaliyyətinə digər biznes qurumunda davam edəcəkdir.