Prezident İlham Əliyevin tapşırığı ilə "Diqlas"da yanğına görə ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək


Digərləri 28 Mar 2019 10:54:00 239 0

Prezident İlham Əliyevin tapşırığı ilə "Diqlas"da yanğına görə ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək

Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkən sahibkarlarla növbəti görüş keçirilib.

Son.az xəbər verir ki, Nizami rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Firudin Cabbarov Trend-ə bildirib ki, görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmi şəxslər iştirak ediblər.

Onun sözlərinə görə, görüşdə qeyd olunub ki, yanğın hadisəsi ilə əlaqədar Prezident İlham Əliyev tapşırıq verib: "Prezidentin tapşırığı ilə hər bir vətəndaşa dəyən ziyana görə kompensasiya ödəniləcək. Bunun üçün müvafiq komissiya yaradılacaq və icarədarlara dəyən ziyan obyektiv, ədalətli şəkildə hesablanacaq. Yaradılmış komissiyaya zərər çəkən sahibkarlar da daxil olacaq".

F.Cabbarov bildirib ki, yaxın günlərdə komissiya tərəfindən yanğın hadisəsinin baş verdiyi ticarət mərkəzinə baxış keçiriləcək.