“WhatsApp”da “qara rejim”


Digərləri 28 Mar 2019 10:45:00 218 0

“WhatsApp”da “qara rejim”

"WhatsApp" messencerinin tərtibatçıları tətbiqin "Android" platforması üçün nəzərdə tutulmuş versiyasında "qara rejim" adlı yeni funksiyanı sınaqdan keçirir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portal məlumat yayıb.

Yeni funksiya artıq messencerin beta-versiyasında (2.19.82) peyda olub. "Qara rejim"i işə saldıqda, tətbiqin interfeysində işıq qamması dəyişir, belə ki, fon qara rənglə əvəzlənir, mətnlərin şriftləri isə ağ rəngdə olur.