Bu gün havanın hərarəti 17 dərəcəyə yüksələcək


Digərləri 28 Mar 2019 08:49:32 188 0

Bu gün havanın hərarəti 17 dərəcəyə yüksələcək

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakı. Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, səhər bəzi yerlərdə duman, gecəyə doğru isə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 11-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti təşkil edəcək.