Ukraynada azad və şəffaf seçki üçün hər cür şərait var


Dünya 28 Mar 2019 08:38:00 188 0

Ukraynada azad və şəffaf seçki üçün hər cür şərait var

Ukraynada seçki kampaniyası azad və şəffaf keçirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Ukraynanın bəzi telekanallarına müsahibəsində ölkə prezidenti Petro Poroşenko söyləyib.

Poroşenko bildirib ki, Ukraynanın seçki tarixində ilk dəfədir çoxlu sayda - 2 mindən artıq müşahidəçi qeydə alınıb. "Çox sevinirəm ki, Ukraynada azad və şəffaf seçki üçün hər cür şərait var",- deyə prezident əlavə edib.