İranda baş verən təbii fəlakət ölkəyə külli miqdarda ziyan vurub


Dünya 28 Mar 2019 08:28:00 212 0

İranda baş verən təbii fəlakət ölkəyə külli miqdarda ziyan vurub

Son 50 ildə İranda bu miqyasda təbii fəlakət baş verməmişdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri İran İslam Respublikasının prezidenti Həsən Ruhani mətbuata açıqlamasında deyib. O bildirib ki, dövlət tərəfindən seldən ziyan çəkənlərə bütün lazımı köməklik göstəriləcək.

Həlak olanların ailələrinə başsağlığı verən prezident bir neçə nazirin fəlakət bölgələrinə göndərdiyini qeyd edib.

Xatırladaq ki, İranın cənub-qərbində yerləşən Fars vilayətinin Şiraz da daxil olmaqla bir neçə şəhərinə güclü sel böyük ziyan vurub. Şəhərlərin infrastrukturu tamamilə dağılıb. Təbii fəlakət nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb. Xilasedicilər ölənlərin sayının artacağı ehtimalını irəli sürüblər.