Airbus dronu yükləri gəmilərə çatdırmağa başlayıb


Digərləri 28 Mar 2019 08:11:00 232 0

Airbus dronu yükləri gəmilərə çatdırmağa başlayıb

"Airbus" şirkəti pilotsuz uçan aparata yükləri yanalma körpüsündən gəmilərə çatdırmağa imkan verən test proqramını işə salıb. Texnologiya Sinqapurda sınaqdan keçirilir.

Son.az ICTnews-a istinadən bildirir ki, "Airbus" sınağı "Wilhelmsen Ships Services" logistika şirkəti və Sinqapur hökuməti ilə birgə həyata keçirir. Dronun ilk uçuşu ötən cümə baş tutub - "Skyways" pilotsuz uçan aparatı gəmiyə üçölçülü çap obyektlərinin daxil olduğu 1,5 kiloqramlıq yükü çatdırıb.

Məlumata görə, testlər dronun "Marina South Pier" yanalma körpüsündən uçuşunu və təxminən 1,5 km məsafəyə - lövbərdə dayanan gəmiyədək pilotsuz uçuşu nəzərdə tutur: aparat yükü göyərtədə qoyduqdan sonra sahilə qayıdır. Uçuş müddəti 10 dəqiqə təşkil edir.