İnformasiya təhlükəsizliyi sahəsində xərclər 100 milyard dolları ötəcək


Digərləri 28 Mar 2019 07:41:00 196 0

İnformasiya təhlükəsizliyi sahəsində xərclər 100 milyard dolları ötəcək

"International Data Corporation" (IDC) şirkəti 2019-cu və sonrakı illər üçün dünya informasiya təhlükəsizliyi vasitələri bazarı üzrə proqnoz dərc edib.

Son.az ICTnews-a istinadən bildirir ki, təqdim olunan məlumatlarda proqram təminatı, müxtəlif sinfə aid aparat həlləri və müvafiq servislər sahəsində xərclər nəzərə alınıb.

Bildirilir ki, bu il pul ifadəsində sahənin həcmi simvolik 100 milyard dollarlıq səviyyəni ötərək 103,1 milyard dollara çatacaq. Bu, ötən ilin nəticəsi ilə müqayisədə 9,4 faizlik artıma uyğun olacaq.

Sonrakı illərdə informasiya təhlükəsizliyi sahəsində xərclərin daha da artacağı gözlənilir. Məsələn, 2022-ci ilədək olan dövr üçün "CAGR" göstəricisi (mürəkkəb faizlərdə ortaillik artım tempi) 9,2 faiz səviyyəsində proqnozlaşdırılır. Nəticədə 2022-ci ildə bazarın həcmi təxminən 133,8 milyard dollar təşkil edəcək.