Robot hakim kiçik iddialar üzrə mübahisələrə baxacaq


Digərləri 28 Mar 2019 07:11:00 232 0

Robot hakim kiçik iddialar üzrə mübahisələrə baxacaq

Estoniyada süni intellektlə işləyən robot hakim yaradılacaq. Belə ki, ölkənin Ədliyyə Nazirliyi məlumatların toplanılması üzrə baş mütəxəssisə belə robotun yaradılması üçün müraciət edib.

Son.az ICTnews-a istinadən bildirir ki, robot hakim yalnız 7 min avroyadək olan kiçik iddialar üzrə mübahisələri həll edəcək. Məhkəmə sisteminə süni intellektin tətbiqinin dövlət aparatının yükünü xeyli azaltmağa imkan verəcəyi gözlənilir.

Məlumata görə, bu il başlayacaq test rejimində kontraktlarla bağlı mübahisələrə baxılacaq. Hər iki tərəf bütün lazımi sənədləri və digər müvafiq informasiyanı yüklədikdən sonra süni intellekt qərarlar qəbul edəcək. Həmin qərarlardan isə sonradan məhkəməyə şikayətlə müraciət etmək mümkün olacaq.