Binəqədidə yol və küçə təmir edilir (FOTO)


Digərləri 28 Mar 2019 06:51:24 228 0

Binəqədidə yol və küçə təmir edilir (FOTO)

Binəqədi rayonunda uzunluğu 12 km-dən çox olan yol və küçə təmir edilir

Bakı. Binəqədi, Biləcəri, Sulutəpə və 28 may qəsəbələrində təmir-bərpa işləri aparılır. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, sözügedən qəsəbələri əhatə edən 12 km-dən çox küçə və yolların 100 min kv.m-ə yaxın sahəsini əhatə edir. Bu Binəqədi qəsəbəsində 1-ci mədən və 2-ci mədən küçələri, 2-ci mədən küçəsinin 70-92-ci korpuslarını əhatə edən yolları, Biləcəri qəsəbəsi Ordubadi küçəsi,Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi və bu küçəyə paralel qəsəbədaxili yolun, həmçinin 28 may qəsəbəsinin daxili yollarıdır. Burda küçə və yollar boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni yol infrastrukturu yaradılır.