Zoğalın tumu, şirəsi, yarpağı, kökü və ondan hazırlanan mürəbbə də dərman təsiri göstərir


Digərləri 27 Mar 2019 23:15:00 277 0

Zoğalın tumu, şirəsi, yarpağı, kökü və ondan hazırlanan mürəbbə də dərman təsiri göstərir

Yazın nəfəsi duyulan kimi ilkin çiçək açan ağaclardan biri zoğaldır. Zoğal o meyvələrdəndir ki, onu əkib-becərmək, bar vədəsinə çıxarmaq heç bir zəhmət və qulluq tələb etmir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, zoğalın tərkibində vitamin, mineral və güclü antioksidantlar olduğuna görə onun mütəmadi istifadəsi immun sistemini gücləndirir, maddələr mübadiləsini nizamlayır. Ondan bir sıra mədə problemlərini aradan qaldırmaq üçün də istifadə edirlər.

Zoğal şirəsinə bal və yumurta sarısı qataraq onunla qarın yatalağını müalicə edirlər. Buna görə də xalq təbabətində zoğaldan müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunur.

Qurudulmuş zoğal tumu əzilərək üyüdüləndən sonra unla qarışdırılaraq sağalmayan yaraların üzərinə qoyulur.