Azərbaycan jenşeni


Digərləri 27 Mar 2019 22:44:00 205 0

Azərbaycan jenşeni

Biyan bitkisi həqiqətəndə bizim nemətimizdir, şəfasını saymaqla bitməyən bir nemətdir.

Son.az fizulihuseynov.com-a istinadən bildirir ki, müalicə məqsədilə biyanın köklərindən istifadə olunur.

Biyan köklərində təbii saponinlər vardır. Saponinlər hormonal təsir göstərərək insanın halını anındaca dəyişir, əhval-ruhiyyəni yaxşılaşdırır, halsızlığı götürür, insana gümrahlıq gətirir.

Biyan köklərində daha bir qiymətli maddə qliçirizin vardır. Qliçirizin öskürək əleyhinə əvəzolunmaz bir maddədir. Biyan çayı sinəni yumşaldır, bəlğəmi təmizləyir, səs tutulmasında, bronxitdə, göy öskürəkdə, astmada, səs tutulmasında (inaqolmada) əla nəticə verir.

Biyan kökü dəmləməsi hətta ağız yaralarında, anginalarda və faringitdə də çox yaxşı nəticə verir. Biyan kökü dəmləməsi mədə qıcqırmalarında yaxşı təsir göstərir. Biyan çayının 1 stəkan ac qarına içilməsi qıcqırmanı dayandırır, mədə və bağırsaq yaralarında (qastrit, kolit) faydalıdır.

2 xörək qaşığı  biyan kökünü 1 stəkan suda 10 dəq qaynadın, 20 dəq dəmləyin, qatı gel halında olacaqdır. Bu geldən ekzema və psoriaz (dəmrov) olan hissələrə gündə 2 dəfə vurun çox yaxşı təsirini görəcəksiniz.