Ac timsah balıqçının "qənimətini" oğurladı VİDEO


Digərləri 27 Mar 2019 22:26:00 204 0

Ac timsah balıqçının "qənimətini" oğurladı  VİDEO

Avstraliyada aç timsah balıqçının tutduğu iri balığı oğurlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, həvəskar çəkilişin görüntüsü ABC News nəşrində yayılıb.

Dak və Deniel qardaşları Darvin şəhəri yaxınlığında yerləşən kiçik su hövzəsində balıq tutub. Bu an onlardan birinin tilovuna iri balıq - dəniz xanıbalığı  düşüb. Tilovun ipini çəkdiyi əsnada sudan qəflətən iri gövdəli timsah peyda olub və sahilə çıxarılan balığın dalınca üzməyə başlayıb.

Balıqçı tutduğu balıqla birlikdə sahildən xeyli aralaşsa da, timsahın iştahı onun sürətinə üstün gəlib. Balıqçı həmçinin bahalı tilovundan da məhrum olub.