Sovet dövründə necə qidalanırdıqsa, indi də o cür qidalanmaq lazımdır endokrinoloq


Digərləri 27 Mar 2019 22:29:00 225 0

Sovet dövründə necə qidalanırdıqsa, indi də o cür qidalanmaq lazımdır  endokrinoloq

Azərbaycanda bir çox ölkələrdə kimi şəkərli diabet xəstələrinin statistikasında rəqəmlər getdikcə artır və vəziyyət ürəkaçan deyil. Əgər bu gün ölkədə 250.000 dən çox insan artıq şəkər olduğunu bilirsə, bir o qədər də insan preddiabet mərhələsindədir və bundan xəbərsizdir. 

Son.az bildirir ki, endokrinoloq, Avropa və Amerika endokrinologiya cəmiyyətinin üzvü Hidayət Məmmədzadə medicina.az-a şəkərli diabetin yaranmasında qidalanmağımızın rolu barədə maraqlı açıqlama verib. Həkim diabetdən qorxan insanlara qorunma yollarını göstərib.

"Diabet xəstəliyi bir günün içərisində meydana çıxmır. Əgər bir insan bu gün şəkər xəstəsidirsə deməli onun xəstəliyinin əsası 10 il əvvəl qoyulub. Çünki insulin dirənci adlandırılan hal 10 il əvvəldən başlayır,  daha sonra inkişaf edərək klinik diabetə çevrilir.

Diabetə təkan verəm amillərdən biri də qidalanma, şəkər qəbulu, piylənmədir. 

Bu gün insanlar demək olar ki, səhər yuxudan oyanandan yatana kimi qidalanırlar. Buna görə də davamlı olaraq toxuq.


Xəbərə aid foto