Alimlərdən yeni kəşf İnsanın altıncı duyğu orqanı var


Digərləri 27 Mar 2019 22:05:00 308 0

Alimlərdən yeni kəşf  İnsanın altıncı duyğu orqanı var

Məlum olduğu insanın beş duyğu orqanı var.

Son.az ölkə.az-a istinadən bildirir ki, müasir alimlər dəfələrlə altıncı duyğu orqanı kimi açıq məkanda tarazlıq hissinə cavab verən vestibulyar aparatı göstərirlər. Eyni zamanda bir çoxları intuisiyanı da altıncı hiss kimi qəbul edirlər. Amma müasir elm bunu qəbul etmir.

ABŞ-ın Kaliforniya texnologiya institutunun alimləri və onların Kioto universitetindəki həmkarları müştərək tədqiqat aparıblar. Nəticədə məlum olub ki, insanın eyni zamanda maqnitoresepsiya, yəni Yerin maqnit sahəsini hiss etmə qabiliyyəti var.