Avropa Komissiyası "Nike" şirkətini 10 milyon avrodan çox cərimələyib


Dünya 27 Mar 2019 21:41:00 214 0

Avropa Komissiyası "Nike" şirkətini 10 milyon avrodan çox cərimələyib

Avropa Komissiyası (AK) qısa qol futbol geyimlərinin satışına məhdudiyyət cəhdlərinə görə "Nike" şirkətini cərimələyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bəzi italyan komandaları da daxil olmaqla, bir sıra futbol klublarının futbolkalarını və idman məhsullarının satışı üzrə pərakəndə mallar satan satıcılara qoyduğu məhdudiyyətlərə görə "Nike" şirkəti 12,5 milyon avro məbləğində cərimənib.

Bildirilir ki, şirkət lisenziyalı məhsulların AİZ (Avropa İqtisadi Zonası) çərçivəsində digər ölkələrə satılmasını tacirlərə qadağan edərək Avropa İttifaqının rəqabət qaydalarını pozub.


Xəbərə aid fotolar