Avstriya Milli Təhlükəsizlik Şurası terrorçu Brenton Tarrantın bu ölkədəki əlaqələri ilə bağlı iclas keçirəcək


Dünya 27 Mar 2019 21:17:00 229 0

Avstriya Milli Təhlükəsizlik Şurası terrorçu Brenton Tarrantın bu ölkədəki əlaqələri ilə bağlı iclas keçirəcək

Yeni Zelandiyada müsəlmanlara qarşı terror törətmiş Brenton Tarrantın Avstriya ilə əlaqələri ölkə gündəmində əsas xəbərlər sırasındadır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin Federal Kansleri terrorçunun "İdentitarist hərəkatı" ilə əlaqəsini təsdiqləyib. Həmçinin prokurorluq orqanları terrorçunun bu hərəkatın hesabına ianə köçürdüyünü müəyyən ediblər.

Avstriyanın müxalifət partiyaları isə Milli Təhlükəsizlik Şurasının iclasının çağırılması üçün parlamentdə məsələ qaldırıblar. Müraciətdə Avstriyaya bir neçə dəfə səfər etmiş yeni zelandiyalı terrorçunun bu ölkədəki sağçı-ekstremist şəbəkə və qruplaşmalar ilə mümkün əlaqələrinin, eləcə də həmin şəbəkələrin dövlət təhlükəsizlik aparatı ilə mümkün yaxınlığının araşdırılması məsələləri yer alıb.