Yaponiya BMT üzvü olan ölkələri Şimali Koreyaya qarşı təzyiqləri davam etdirməyə çağırıb


Dünya 27 Mar 2019 21:23:00 185 0

Yaponiya BMT üzvü olan ölkələri Şimali Koreyaya qarşı təzyiqləri davam etdirməyə çağırıb

Yaponiyanın BMT-dəki daimi nümayəndəsi Koro Bessyo BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı qətnamələrinin həyata keçirilməsində beynəlxalq ictimaiyyətin razılaşdırılmış fəaliyyətinin zəruriliyini vurğulayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mətbuat konfransında çıxış edən K.Bessyo bəyan edib ki, Şimali Koreya dənizdə neft məhsullarının gəmidən-gəmiyə yüklənməsi əməliyyatını keçirir. Bu isə BMT tərəfindən tətbiq edilən qətnamələrin pozulması deməkdir.

Diplomat əlavə edib ki, Şimali Koreyanın bu əməliyyatlarını izləyən Yaponiya və digər ölkələr Təhlükəsizlik Şurasına bu barədə məlumatları çatdırıblar. K.Bessyo Pxenyanın sanksiyalardan yayınmaq istiqamətində daimi fəaliyyətinin narahatlıq doğurduğunu da bildirib.