ABŞ növbəti beş il ərzində öz astronavtlarını Aya göndərəcək


Dünya 27 Mar 2019 21:29:00 223 0

ABŞ növbəti beş il ərzində öz astronavtlarını Aya göndərəcək

ABŞ yaxın illərdə öz astronavtlarını Aya göndərməyi planlaşdırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens Alabama ştatında çıxışı zamanı deyib.

"Administrasiyamızın təsdiq olunmuş siyasətinə əsasən, Birləşmiş Ştatlar növbəti beş il ərzində öz astronavtlarını yenidən Aya göndərəcək. ABŞ ərazisindən start götürəcək kosmik gəmi ilə Yerin təbii peykinə enəcək ilk qadın və növbəti kişi astronavtlar amerikalılar olacaq", - deyə Pens bildirib.