Çin gömrüyü 30 min dünya xəritəsini məhv edib


Digərləri 27 Mar 2019 21:11:00 185 0

Çin gömrüyü 30 min dünya xəritəsini məhv edib

Çin gömrük xidmətinin əməkdaşları Tayvanın ayrıca dövlət kimi göstərildiyi və rəsmi Pekinin mövqeyinə əsasən Çin-Hindistan sərhədi ilə bağlı yanlışlığa görə təxminən 30 min xəritəni məhv edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yerli şirkətlərdən birinin istehsalı olan xəritələr Çindao şəhərindəki limandan xaricə göndərilməliymiş. Lakin gömrük xidmətinin əməkdaşları xəritələrə baxış keçirərkən qeyd olunan məqamları aşkarlayıblar. Müvafiq orqanların qərarı ilə xəritələr məhv edilib.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində baş verən vətəndaş müharibəsində Mao Cedonun başçılıq etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. "Vahid Çin" prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma "Çin Respublikası"nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir.