İnter Malkomdan əl çəkmir


İdman 27 Mar 2019 20:36:00 210 0

İnter Malkomdan əl çəkmir

Barcelona-nın hücumameyilli yarımmüdafiəçisi Malkom yenidən İnter-in hədəfinə düşüb.

Goal.az xəbər verir ki, Milan klubu keçən il əldə edə blmədiyi futbolçunu heyətə gətirməkdə israrlıdır.

Qeyd edək ki, Barcelona ötən il Malkomu Bordeaux-dan gətirib. Kataloniya təmsilçisi onun transferinə 41 milyon avro ödəyib. Braziliyalı indiki klubunda müxtəlif turnirlərdə 15 oyunda meydana çıxıb və 3 qol vurub. La Liqada keçirdiyi 8 matçın isə heç birində fərqlənə bilməyib.