"Yeşilçam"ın 68 yaşlı aktyoru evlənir FOTO
Digərləri 27 Mar 2019 20:10:00 242 0
"Yeşilçam"ın sevilən aktyoru Nuri Alço ailə qurur.
Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi 10 ildir eşq yaşadığı Burcu Sezginoğluna evlilik təklif edib.
Belə ki, o, əylənmək üçün getdikləri bir məkanda mikrofonu götürərək "Həyat bir marafondur. Səfərlə başlayar, məzarda bitər. Burcudan soruşmaq istəyirəm. Mənimlə bu həyat yoluna başlamağa nə deyirsən" sözlərini deyib.
Səhnəyə çıxaraq üzüyü barmağına taxan Sezginoğlu isə aktyora "Hə" cavabını verib.
Mənbə: milli.az