İrem Dericiyə Bakıya gəlmək yenə qismət olmadı


Digərləri 27 Mar 2019 19:57:00 207 0

İrem Dericiyə Bakıya gəlmək yenə qismət olmadı

Türkiyəli müğənni İrem Derici 21 mart tarixində Bakıda şadlıq saraylarının birində konsert verəcəkdi.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, bununla bağlı sosial media hesablarından da paylaşım edərək, doğum günün Bakıda keçirəcəyini söyləmişdi.

Lakin İremin Bakı konserti baş tutmayıb. Konsertin təşkilatçısı bildirib ki, müğənninin gəldiyi təyyarədə problem yaranıb. Bununla bağlı olaraq da, konsert qeyri-müəyyən vaxtadək ertələnib.