Narkotik aludəçisi olub və oğurluq edib


Digərləri 27 Mar 2019 19:45:00 170 0

Narkotik aludəçisi olub və oğurluq edib

http://axsam.az/?name=xeber&news_id=101557

"Grammy" mükafatının sahibi reper Kardi B müğənniliyə başlamazdan qabaq, striptizlə məşğul olduğu zamanlarda narkotik aludəçisi olduğunu və oğurluq etdiyini deyib. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, 26 yaşlı müğənni yaşamaq üçün məcburən oğurluq etdiyini İnstaqram səhifəsində açıqlayıb:   "Heç vaxt mükəmməl bir dünyadan gəldiyimi və qüsursuz olduğumu iddia etməmişəm. Hər zaman öz həqiqətlərimi danışmışam".   Kardi B şiddəti, narkotiki və oğurluğu yayanın repçilərin olduğunu, lakin özünün heç bir zaman bu cür addımlar atmadığını vurğulayıb. İfaçı o vəziyyətdən qurtulduğu üçün xoşbəxt olduğunu da gizlətməyib.