“Cabbar və Könül bizimlə küsülüdür, amma pula görə…” Təranə Qumral


Şou-biznes 27 Mar 2019 19:30:00 355 0

“Cabbar və Könül bizimlə küsülüdür, amma pula görə…”  Təranə Qumral

Mənzurə xanım çox gözəl xanımdır. Amma bizi həmişə dəyişik salırlar. Bəlkə də oxşarlığımız var. Bir gün toydan çıxırdım, xanımın biri qaçaraq gəlib dedi ki, Mənzurə xanım olar sizinlə şəkil çəkdirim? Qayıdıb dedim ki, mən Mənzurə deyiləm. Sonra bir gündə zəng edib deyirlər ki, Mənzurə xanım Musa müəllimi telefona olar?

Son.az primetime.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral "Hər şey daxil" verilişində qonaq olarkən söyləyib. Həmkarı Mənzurə Musayeva ilə bənzərliyindən danışan Qumral küsülü həmkarlarından da söz açıb:

"Müğənnilər özlərinə ad günü və yaxud da hər hansı bir yığıncaq təşkil edirlər. Deyirlər ki, Təranə ilə Musa oradadırsa, mən gəlmirəm. Amma pul olan yerə o dəqiqə gəlirlər. Məsələn, Şəmkirdə bu yaxınlarda toy olmuşdu. Hamı bilir ki, Könül Kərimova ilə Cabbar Musayev bizimlə danışmır. Buna baxmayaraq stolun bir tərəfində biz, o biri tərəfində isə onlar oturmuşdu. Çünki onlar pul qazanacaqdılar.