Bakıda musiqi üstə adam öldürənlərin məhkəməsi başladı


Kriminal 27 Mar 2019 17:14:00 261 0

Bakıda musiqi üstə adam öldürənlərin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elçin Nəcəfov və Xaliq Mustafayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslərdən birinin vəkili məhkəməyə gəlmədiyindən proses aprelin 2-dək təxirə salınıb.

İttihama görə, ötən il avqustun 10-da Biləcəri qəsəbəsində kafelərdən birinin həyətində naməlum şəxslər Bakı şəhər sakini Cavid Həmzəyevi döyüb. C.Həmzəyev xəstəxanaya aparılarkən yolda ölüb.