Bayram günlərində dəmir yolu ilə daşınan sərnişinlərin sayı açıqlandı


Digərləri 27 Mar 2019 16:35:00 230 0

Bayram günlərində dəmir yolu ilə daşınan sərnişinlərin sayı açıqlandı

Novruz bayramı günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a verilən məlumata görə, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilib.

19-26 mart tarixlərində dəmir yolu ilə 24880 sərnişin daşınıb. 22423 nəfər ölkə daxilində hərəkət edən, 2457 nəfər isə beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarları ilə daşınıb.