“Toy günü həyat yoldaşınla tək qalmaq istəyirsən, qapıda kimsə gözləyir”


Şou-biznes 27 Mar 2019 15:58:00 313 0

“Toy günü həyat yoldaşınla tək qalmaq istəyirsən, qapıda kimsə gözləyir”

Tanınmış radio aparıcısı Tural Yusifov Murad Arifin Yutub layihəsi olan "Popumuz var"a qonaq olub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, proqramda sosial problemlərdən, mentalitetdən, televiziyadakı vəziyyətdən danışıb. 

Bundan əlavə, T.Yusifov efirdə gəlinlərin belinə qırmızı lent bağlanması ənənəsinə də münasibət bildirib: "Bu, tayfaçılığın əlamətidir. Tayfa xasiyyətidir. Göyə 3 güllə atılmalıdır, biri yarımçıq açıldısa, deməli, problem var. Təsəvvür edirsiz, həyat yoldaşınla toy günü tək qalmaq istəyirsən, amma qapının ağzında kimsə səni gözləyir. Orta əsrlər düşüncəsidir. Mənim həyat yoldaşımla olan münasibətim mənim münasibətimdir, heç kimə aidiyyəti yoxdur. Gəlinlərin belindən qırmızı lenti birdən- birə çıxarmaq mümkün deyil. Elmi artırmaq lazımdır, bizdə elm yoxdur. Biz bu məsələyə elmlə yanaşsaq, hər şey qaydasına düşər".