Hindistan peyk əleyhinə silah sınaqdan keçirib


Dünya 27 Mar 2019 15:40:00 277 0

Hindistan peyk əleyhinə silah sınaqdan keçirib

"Hindistan peyk əleyhinə silahı uğurla sınaqdan keçirib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi bəyan edib.

Nazir bildirib ki, Hindistan yerli istehsal olan silahla aşağı Yerətrafı orbitdə hərəkət edən peyki məhv edib.

Həmin silah Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı tərəfindən istehsal olunub.