Arsenal Özillə Mxitaryanı satır


İdman 27 Mar 2019 15:36:00 277 0

Arsenal Özillə Mxitaryanı satır

Arsenal-ın baş məşqçisi Unai Emeri yayda Mesut Özili və Henrix Mxitaryanı satışa çıxarmağı nəzərdə tutur.

Goal.az xəbər verir ki, klub ən çox qazanan futbolçularını satmaqla maliyə yükünü azaltmaq istəyir. Özil həftəsinə 350 min funt, Mxitaryan isə 200 min məvacib alır. Arsenal hazırda maliyə çətinliyi ilə üzləşib. Komanda yay transfer pəncərəsi dövründə yeni futbolçular əldə etməyə vəsait tapa bilmir. Yarımmüdafiəçi Aaron Remzi, forvard Denni Uelbek yayda klubdan ayrılacaq. 36 yalı qapıçı Petr Çex isə karyerasını bitirəcəyini bildirib. Bununla belə, Arsenal-ın maliyə vəziyyəti qənətbəxş deyil. Komanda 30 turdan sonra 60 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.