Nərimanovda Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılmasının 100 illik yubileyi qeyd olunub FOTO


Digərləri 27 Mar 2019 15:26:00 257 0

Nərimanovda Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılmasının 100 illik yubileyi qeyd olunub  FOTO

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə tədbir təşkil olunub.

Son.az xəbər verir ki, Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirin əvvəlində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) inkişaf tarixindən, onların effektiv fəaliyyətindən, ölkəmizə qarşı daxili və xarici təhdidlərin qarşısının alınması istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərin əks olunduğu sənədli film nümayiş olunub.

Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin Nərimanov Rayon İdarəsinin rəhbərliyi və əməkdaşları, milli təhlükəsizlik orqanlarında xidmət etmiş veteranlar, rayon ərazisində yerləşən idarə və təşkilatların nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev DTX əməkdaşlarını təbrik edərək qeyd edib ki, respublikamızın ictimai-siyasi həyatında, dövlətçiliyin qorunmasında, ölkədə sabitliyin bərqərar olmasında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rolu əvəzedilməzdir:

"Ötən əsrin ortalarından başlayaraq təhlükəsizlik orqanlarında Vətənə, dövlətə və xalqa əsl sədaqət ideyalarını formalaşdıran Heydər Əliyev ənənələri bu gün də yaşadılır, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirilir. Bu gün Azərbaycan sosial-iqtisadi, ictimai-siyasi həyatın bütün sahələrində son illər daha dinamik şəkildə inkişaf edir. Bütün bu uğurlar ölkədə bərqərar olmuş ictimai-siyasi və sosial-iqtisadi sabitlikdən irəli gəlir".


Xəbərə aid fotolar