İranda sel və daşqınlar nəticəsində ölənlərin sayı 26-a çatıb


Digərləri 27 Mar 2019 15:16:41 271 0

İranda sel və daşqınlar nəticəsində ölənlərin sayı 26-a çatıb

İranın müxtəlif vilayətlərində baş verən sel və daşqınlar nəticəsində həlak olanların sayı 26 nəfərə çatıb.

Bakı. Elnur Bağışov - İranın müxtəlif vilayətlərində baş verən sel və daşqınlar nəticəsində həlak olanların sayı 26 nəfərə çatıb. Trend-in məlumatına görə, İranın Tibbi Ekspertiza Təşkilatının fövqəladə hallar üzrə direktor əvəzi Mehrdad Əli Bəxşi bildirib ki, Fars vilayətinin Şiraz şəhərində 18 nəfər, Xuzistan vilayətində 1 nəfər, Kohgiluyə və Buyir-Əhməd vilayətində 1 nəfər, Gülüstan vilayətində 3 nəfər, Lorestan vilayətində 2 nəfər və Simnan vilayətində 1 nəfər həlak olub.