Müşfiqə aid olduğu iddia edilən sümük qalıqlarının müayinəsindən xəbər var RƏSMİ


Digərləri 27 Mar 2019 14:55:00 229 0

Müşfiqə aid olduğu iddia edilən sümük qalıqlarının müayinəsindən xəbər var  RƏSMİ

Mərhum şair Mikayıl Müşfiqə və digərlərinə aid olduğu iddia edilən sümük qalıqları ətrafında müayinələr davam etdirilir. Ekspertiza yekunlaşmayıb. Aparılan işlər hələ başa çatmayıb. 

Son.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Ədalət Həsənov işlərin bir həftəyə yekunlaşması barədə səslənən fikirlərə aydınlıq gətirib:

"Düzdür, bir neçə müddət bundan əvvəl işlərin yekunlaşacağını demişdik. Ona görə ki, bizə bir sümük təqdim olunmuşdu. Bir sümüyün yekunlaşması bir ya da iki həftəyə başa gəlir. Biz də buna uyğun cavab vermişdik.  Lakin birdən proses dəyişdi.  Bizə başqa materiallar təqdim olundu. Sümüklərin ardı gəlməyə başladı. Hətta, növbədə bir partiya sümük də gəlməsi gözlənilir. Bu, qlobal məsələdir. Bir nəfərdən söhbət getmir. Çünki aşkarlanan ərazidə təkcə Mikayıl Müşfiqə aid edilən sümüklər deyil. Ekspertizanın miqyası da böyükdür. Eyni zamanda, qohumlar gəlib qan verirlər və biz də bunu yoxlayırıq". 

Birliyin direktoru  işlərin uzanması ilə bağlı xaricdən mütəxəssis gətirilməsinə ehtiyac qalmadığını bildirib.