20 Yanvar faciəsinin baiskarı Yazova 10 il həbs cəzası verildi


Digərləri 27 Mar 2019 14:50:00 278 0

20 Yanvar faciəsinin baiskarı Yazova 10 il həbs cəzası verildi

Vilnüs Dairə Məhkəməsi 1991-ci il hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində sovet marşalı, keçmiş SSRİ-nin müdafiə naziri Dmitri Yazov barəsində insanlıq əleyhinə törətdiyi cinayətlərə və hərbi qanun pozuntularına görə 10 il azadlıqdan məhrumetmə hökmü çıxarıb.

Son.az azvision.az-a istinadən xəbər verir ki, Yazovla birlikdə keçmiş KQB zabiti Mixail Qolovatova da eyni ittihamlar üzrə 12 il həbs cəzası verilib. 

Lakin cinayətkarların ikisi də Rusiyada olduğundan, onlar barədə Litva məhkəməsinin həbs qərarı qiyabi xarakter daşıyır. Məhkəmə iclası zamanı rus diplomat və jurnalistlər zala buraxılmayıblar. 

Qeyd edək ki, bundan əvvəl Litvanın Baş Prokurorluğu Dmitri Yazovun insanlıq əleyhinə törətdiyi cinayətlərə görə ömürlük həbs olunmasını tələb etmişdi.