Elçin Quliyev Ermənistanla dövlət sərhədində xidmətidöyüş fəaliyyətini yoxlayıb


Digərləri 27 Mar 2019 14:19:00 223 0

Elçin Quliyev Ermənistanla dövlət sərhədində xidmətidöyüş fəaliyyətini yoxlayıb

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, gene­ral-polkovnik Elçin Quliyev Sərhəd Qo­şun­ları­nın "Qazax" sərhəd dəs­tə­sinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəaliyyətini yox­la­yıb.

DSX-dən Son.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti, Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının yerinə ye­tirilməsi istiqa­mətində həyata keçirilən tədbirlərin icra və­ziy­yəti, "Qazax" sərhəd dəstəsinin xid­­mə­ti əra­­zisindəki əməliyyat şəraiti, ərazi müdafiə­sinin və sər­həd mü­hafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqın­da məru­zələr dinlənilib.

Düşmənin mümkün təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş səngərlərində müdafiə mövqelərinin möhkəmləndirilməsi, müqabil ərazidə aparılan işlərə adekvat olaraq ərazidə mühəndis-isteh­kam tədbirlərinin gücləndirilməsi üzrə tapşı­rıq­lar verilib.


Xəbərə aid fotolar