Azərbaycanlı futbolçunun çıxış etdiyi klubda baş məşqçi istefası


İdman 27 Mar 2019 14:10:00 201 0

Azərbaycanlı futbolçunun çıxış etdiyi klubda baş məşqçi istefası

Azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi Rusiyanın Ufa klubu baş məşqçisi Dmitri Kiriçenko ilə yollarını ayırıb.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. Klub Kiriçenkoya xidmətləri qarşılığında təşəkkür edib və karyerasında uğurlar arzulayıb.

Rusiya mətbuatı vakant posta Vadim Yevseyevin təyin olunacağını yazıb.

Qeyd edək ki, Dmitri Kiriçenko Ufa-ya 2018-ci ilin noyabrında baş məşqçi təyin olunub. Komanda Premyer Liqada 20 turdan sonra 16 xalla 15-ci pillədə qərarlaşıb. Azər Əliyev 2018-ci ilin avqustunda Krılya Sovetov-dan Ufa-ya keçib. Hazırda 25 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisinə cəlb olunması gündəmdədir.