Ər namaz qılan arvadına 7 bıçaq zərbəsi vurdu


Kriminal 27 Mar 2019 13:59:00 292 0

Ər namaz qılan arvadına 7 bıçaq zərbəsi vurdu

Şəki Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Namiq Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən növbəti proses aprel ayının 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayının 18-də axşam saatlarında Ağsu rayonunun Qaraqaşlı kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Namiq Həsənov həyat yoldaşı, 1992-ci il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızını bıçaqlayıb. Yaralı təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

N.Həsənov arvadının kürək, qol, bilək və sinə nahiyəsinə 7 bıçaq xəsarəti yetirib.