Gürcü çoban amerikalı ailəni vəhşicəsinə öldürdü


Dünya 27 Mar 2019 13:19:00 279 0

Gürcü çoban amerikalı ailəni vəhşicəsinə öldürdü

Gürcüstanın Qori şəhərinin andlı münsiflər məhkəməsi 19 yaşlı gürcüstanlı çoban Malhaz Kobaurini amerikalı turistlərdən ibarət bir ailəni öldürməkdə təqsirli bilib.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

12 andlı münsifdən ibarət heyət dörd saat ərzində qapalı otaqda keçirdikləri məşvərətdən sonra çobanın əksər ittihamlar üzrə təqsirli olduğuna dair qərar çıxarıblar.

Yekun hökm və cəza müddəti martın 27-də - yəni bu gün keçiriləcək məhkəmə iclasında elan olunacaq.


Xəbərə aid foto