Nazir müavini: "Azərbaycan Ordusunun 70 faizindən çoxu peşəkar hərbçilərdən ibarətdir"


Digərləri 27 Mar 2019 12:42:00 244 0

Nazir müavini: "Azərbaycan Ordusunun 70 faizindən çoxu peşəkar hərbçilərdən ibarətdir"

"Bu gun Azərbaycan dövləti ordu üçün lazım olan hər seyi edir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu müdafiə nazirinin müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev deyib.

Nazir müavini bildirib ki, bu gün orduda maddi-texniki vəziyyətin möhkəmləndirilməsi ilə yanaşı, hərbi qulluqçulara tətbiq olunan müxtəlif müavinət ödənişləri və imtiyazların sosial paketi də genişlənir:

"Hərbi qulluqçuların, onların ailələrinin, həmçinin şəhid ailələrinin yaşayış, tibbi təminat və digər problemləri öz həllini tapır. Son 3-4 il ərzində hərbi şəhərciklərin və bazaların 80 faizdən çoxu yenidən qurulub və ya əsaslı təmir edilib, onlar müasir tələblərə cavab verir. Ordunun bütün infrastrukturunu tam əhatə etmək üçün bu işlər bu günə qədər sürətlə davam edir".