“Atamı damda, anamı isə ağacın altında öldürdüm”


Kriminal 27 Mar 2019 12:24:00 301 0

“Atamı damda, anamı isə ağacın altında öldürdüm”

Gədəbəy rayonunda anasını və atasını öldürməkdə təqsirli bilinən Şöhrət Məsimovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Son.az ölkə.az-a istinadən xəbər verir ki,  Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 2-nə təyin olunub.

İttihama görə, 2017-ci il sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirərək hadisə yerini tərk edib.

Hadisəni törədən Şöhrət Məsimov ailəsi ilə birgə Bakı şəhərində yaşayırmış. Bir neçə gün əvvəl kəndə valideynlərini görməyə gəlib. Sentyabrın 21-də 1931-ci il təvəllüdlü atası Mikayıl Məsimov və 1938-ci il təvəllüdlü anası Ayna Məsimovanı qətlə yetirib və qaçıb.

Həmin vaxt onun qardaşının yoldaşı və iki uşağı evdə olub, onlar bağda olduqları üçün hadisəni görməyiblər. Kişinin meyiti evdə kürəyindən bıçaqlanmış halda, qadının meyiti isə həyətdə alma ağacının altında aşkarlanıb.

Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Deyilənən görə, Şöhrət Məsimov spirtli içki düşkünü olub.

Hadisədən bir neçə gün sonra cinayəti törədən Şöhrət Məsimov həbs edilib.