Azərbaycanlıların qatili, yəhudilərin düşməni olan erməni "ekspert" Rusiya televiziyasından qovuldu


Siyasət 27 Mar 2019 12:27:00 245 0

Azərbaycanlıların qatili, yəhudilərin düşməni olan erməni "ekspert" Rusiya televiziyasından qovuldu

Rusiyanın "Rossiya-1" dövlət televiziyasının "Kim əlyehinədir?" ("Кто против?") tok-şousunun məşhur aparıcısı Vladimir Solovyov şounun iki iştirakısını studiyadan qovub.

Son.az Lenta.ru-ya istinadən bildirir ki, yəhudi əsilli jurnalist Qreq Vayner və erməni eksperti Araik Stepanyanın emosional dialoq zamanı dava ediblər, bir-birinin üstünə su atıblar, ana söyüşü söyüblər, hətta sonra əlbəyaxa döyüşə çıxmaq istəyiblər. 

Proqramın aparıcısı Solovyov araya girərək onları sakitləşdirib və hər ikisindən studiyanı tərk etməyi tələb edib. O, hətta təhlükəsizlik xidmətinə tapşırıq verib ki, elə olsun ki, "tərəf müqabilləri" bir-birinin yanında ola bilməsinlər. Yayılmış video kadrlardan görünür ki, Stepanyan yəhudilərin ünvanına efirə yaraşmayan ifadələr qışqırır.

Keçmişdə həm də döyüşçü olan bu "ekspert" ümumiyyətlə antisemit olduğunu gizlətmir. 

Məsələn, o, hesab edir ki, "ermənilərin soyqırımı" "yəhudi anqlosakson mafiyası" tərəfindən sifariş olunub və bu barədə dəfələrlə açıqlamalar verib.

Qeyd edək ki, "Kim əlyehinədir?" ("Кто против?") tok-şousunun aparıcısı V.Solovyovun özü də yəhudi əsillidir.

Xatırladaq ki, hələ bir neçə ay əvvəl natroix.ru saytı Araik Stepanyanın Rusiya televiziyasındakı verilişlərində peyda olmasına təəccübünü ifadə edib. Qeyd edilir ki, o, həmişə iqtidaryönlü politiloqların cərgəsində oturur və hər zaman yüksək səslə çıxış edərək opponentlərinə qarşı diskussiyaya girir.  

Natroix.ru qeyd edir ki, Stepanyan qardaşları Qarabağ müharibəsində iştirak ediblər, hətta vaxtilə onlar barəsində silah ələ keçirmək məqsədilə hərbi hissəyə hücum etdiklərinə görə ümumittifaq axtarış elan olunub. Həmin terror hücumu zamanı bir neçə hərbi qulluqçu həlak olmuşdu. Bundan başqa Stepanyan qardaşları Qarabağda əsgər və mülki əhaliyə bir neçə dəfə silahlı hücumlarda iştirak ediblər. Qardaşlardan biri, Qaqik Azərbaycan tərəfindən məhv edlib, digər qardaş, Baqrat barədə isə məlumat yoxdur.

Sayt yazır: "Araik isə Zaqafqaziyadan çıxdı, daha dəqiqi, Neva çayı üzərindəki şəhərə köçüb. Özünə heç də pis şərait qurmayıb. Politoloq olub və rus xalqının atəşli patriotuna çevrilib. Nə deyəsən? Həyatda hər şey olur və buna çoxlu misallar var. Ümumiyyətlə isə, Rusiya Televiziyasında erməni əsilli politoloqların sayı kifayət qədərdir. Onların arasında Semyon Baqdasarov və Karine Qevorqyanı xatırlamaq yetər. Araik Stepanyan kimi koloritli yoldaş da bu koqortaya uyğun gəlir. O, təkcə 1-ci kanalda və NTV-də (НТВ) deyil, yarımüxalif RBK kanalında da müasir siyasətin həyatı əhəmiyyətli məsələləri ilə bağlı çıxış edir".

Rusiyalı hərbçiləri və mülki azərbaycanlıları qətlə yetirən Araik Stepanyan indi politoloq olub, özünün isterik və qalmaqalları meylləri ilə cəfəng şoular quranların arasında populyarlıq qazanıb. O, hətta dissertasiya müdafiə edib, fəlsəfə elmləri nazmizədi də olub, amma ağıl və vicdan yiyəsi ola bilməyib.

Videonu izləmək üçün şəklə klikləyin:

Yusif Nəsirli Son.az