Prezident İlham Əliyev iranlı həmkarına başsağlığı verib


Siyasət 27 Mar 2019 12:28:00 201 0

Prezident İlham Əliyev iranlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.

Son.az AZƏRTAC-a istinadən əbər verir ki, başsağlığında deyilir:

Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!