Mərkəz direktoru: Azərbaycanda mərkəz və bölgələrdə yerləşdirilmiş avadanlıqlar zəlzələlərin parametrlərini 5 dəqiqə ərzində müəyyən edir


Digərləri 27 Mar 2019 12:16:00 198 0

Mərkəz direktoru: Azərbaycanda mərkəz və bölgələrdə yerləşdirilmiş avadanlıqlar zəlzələlərin parametrlərini 5 dəqiqə ərzində müəyyən edir

Bu gün AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən son 100 ildə Azərbaycan ərazisində seysmoloji tədqiqatların aparılmasında istifadə edilən cihaz və avadanlıqlar nümayiş olunub.

Bakı. İlhamə İsabalayeva - Bu gün AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən son 100 ildə Azərbaycan ərazisində seysmoloji tədqiqatların aparılmasında istifadə edilən cihaz və avadanlıqların sərgisi keçirilib. Trend-in məlumatına görə, mərkəzin direktoru Qurban Yetirmişli deyib ki, sərgidə əvvəlki dövrlərdə istifadə edilmiş köhnə, eyni zamanda hazırda istifadə edilən müasir avadanlıqlar, ümumilikdə 100-ə yaxın müxtəlif istiqamətli seysmoloji avadanlıq nümayiş olunur. Köhnə avadanlıqların əksəriyyəti SSRI məkanında, müasir avadanlıqlar isə ABŞ-da istehsal edilib.