Azərbaycanda minik avtomobillərinin istehsalı artıb


Digərləri 27 Mar 2019 11:31:00 212 0

Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 34,5 milyon manatlıq məhsul istehsal edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,0 dəfə, maşın və avadanlıqların istehsalı 80,8 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 4,5 faiz azalıb.